Azərbaycan və Rusiya XİN başçılarının müavinləri Nyu-Yorkda görüşüb

Azərbaycan və Rusiya xarici işlər nazirinin müavinləri Nyu-Yorkda bir araya gəliblər.
Azinfo.az-ın Moskva müxbirinin məlumatına görə, Rusiya XİN-ə istinadən, BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev arasında görüş baş tutub.
Görüşdə, noyabrın 11-22-də Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) iqlim məsələləri üzrə gündəliyi geniş müzakirə olunub.
Həmçinin, diplomatlar BMT-nin Nyu-Yorkda keçirilən Gələcək Sammitinin aktual mövzuları və inkişaf etməkdə olan ölkələrin qarşılaşdığı problemlərə səmərəli həll yolları tapılmasının vacibliyi barədə də fikir mübadiləsi aparıblar.
Şərhlər: 0
Şərh yaz
