Azinfo » Siyasət » Xarici siyasət » Baş nazir Azərbaycanın D-8-ə üzvlüyünə görə təşəkkürünü bildirib

Baş nazir Azərbaycanın D-8-ə üzvlüyünə görə təşəkkürünü bildirib

Tarix : 19-12-2024   /   Siyasət / Xarici siyasət  

Bugünkü Zirvə toplantısında iştirakımızın isə xüsusi tarixi əhəmiyyəti var.

Azinfo.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Qahirədə D-8 11-ci Zirvə görüşündə deyib.

Baş nazir bildirib ki, bu gün Azərbaycana dost münasibəti və etimad göstərən üzv dövlətlər ölkəmizin D-8-ə üzv seçilməsi ilə bağlı yekdilliklə tarixi qərar verdilər: “Buna görə bütün üzv dövlətlərə minnətdarlığımızı bildiririk. Azərbaycan təşkilatın təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə yaxından töhfə verəcək”.

Şərhlər: 0

Şərh yaz