Azinfo » Siyasət » Xarici siyasət » Azərbaycan və Türkiyə XİN başçıları Ukraynanı müzakirə edib

Azərbaycan və Türkiyə XİN başçıları Ukraynanı müzakirə edib

Tarix : 05-04-2022   /   Siyasət / Xarici siyasət  

5 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən  verilən xəbərə görə, tərəflər, bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Şərhlər: 0

Şərh yaz