Azinfo » Siyasət » Xarici siyasət » Sahibə Qafarova Gürcüstana rəsmi səfər edəcək

Sahibə Qafarova Gürcüstana rəsmi səfər edəcək

Tarix : 18-04-2022   /   Siyasət / Xarici siyasət  

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 19-da Gürcüstana rəsmi səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlardan Vüqar İskəndərov, Kəmaləddin Qafarov, Cavid Osmanov, Etibar Əliyev, Fəzail Ağamalı, Sabir Rüstəmxanlı, Naqif Həmzəyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Şərhlər: 0

Şərh yaz