Azinfo » Siyasət » Xarici siyasət » Azərbaycan səfiri Macarıstanın Şopron şəhərinə səfər edib

Azərbaycan səfiri Macarıstanın Şopron şəhərinə səfər edib

Tarix : 26-04-2022   /   Siyasət / Xarici siyasət  
26 aprel 2022-ci ildə Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Macarıstanın Şopron şəhərində görüşlər və tədbirlər təşkil olunub.

Azərbaycanın Macarıstandakı səfirliyindən verilən xəbərə görə, Şopron şəhərində yerləşən və Avropada meşə təsərrüfatı və ətraf mühit mühəndisliyi sahəsində ön sıralarda olan Şopron Universitetinin dəvəti ilə Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə adıçəkilən şəhərə səfər edib.

Şərhlər: 0

Şərh yaz