Latviya Baş nazirinin müavini Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub
Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks Azərbaycana səfəri çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.Qonaqlara Mərkəzin regional təhlükəsizlik, Ukrayna qaçqın və humanitar krizisi ilə bağlı fevral-aprel aylarında Rumıniya, Moldova, Bolqarıstan və Polşada yerləşən qaçqın düşərgələrinə baş tutan səfərlər, IX Qlobal Bakı Forumuna hazırlıqla bağlı Yunanıstanda təşkil olunmuş XXIII Ali Səviyyəli toplantı, o cümlədən IX Qlobal Bakı Forumuna hazırlıqla bağlı Bosniya və Herseqovina, Sloveniya, Albaniya, Şimali Makedoniya və Türkiyədə mərkəzin üzvlərinin keçirdikləri toplantılar haqda məlumat verilib.
Şərhlər: 0
Şərh yaz
