Azinfo » Siyasət » Xarici siyasət » “Alstom” Ağdamda tramvay tikintisini dəstəkləməyə hazırdır

“Alstom” Ağdamda tramvay tikintisini dəstəkləməyə hazırdır

Tarix : 05-05-2022   /   Siyasət / Xarici siyasət  
Fransanın “Alstom” şirkəti Bakı, Gəncə və Ağdam üçün nəzərdə tutulan tramvay şəbəkəsinin tikintisini dəstəkləməyə hazırdır.

Bunu “Alstom” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Elşən Zeynalov deyib.

O qeyd edib ki, şirkət Azərbaycanda lokomotivlərə texniki xidmət layihələrini, siqnalizasiya və dəmir yollarının avtomatlaşdırılması kimi infrastruktur layihələrini, eyni zamanda, Bakı, Gəncə və Ağdam şəhərləri üçün tramvay şəbəkəsini tikintisi layihələrini dəstəkləməyə davam etməyə hazırıdır.

Bu gün Fransanın Azərbaycandakı səfiri Zakari Qross Fransa Respublikasının Prezidenti adından "Milli Şərəf" Ordeninin Cəngavər titulunu Elşən Zeynalova təqdim edib.

Səfir vurğulayıb ki, “Alstom” “Azərbaycan Dəmir Yolları” ilə uğurlu əməkdaşlıq edir.

Şərhlər: 0

Şərh yaz