Azinfo » Siyasət » Xarici siyasət » Diplomatik xidmətə qəbul imtahanının növbəti mərhələsi başlayıb

Diplomatik xidmətə qəbul imtahanının növbəti mərhələsi başlayıb

Tarix : 10-05-2022   /   Siyasət / Xarici siyasət  
10 may 2022-ci il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti (müsahibə) mərhələsi başlayıb.

XİN-dən  verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş yazılı imtahan mərhələsini keçərək müsahibə mərhələsində iştirak üçün sənədlərini təqdim edən 105 namizədlə təşkil ediləcək müsahibə prosesi 27 may 2022-ci il tarixinədək davam edəcək.

Müsahibə mərhələsinin nəticələri müsahibə prosesi başa çatdıqdan sonrakı 10 gün ərzində açıqlanacaq.

Şərhlər: 0

Şərh yaz