Sahibə Qafarova İsveçrə Konfederasiyasının Vitse-prezidenti ilə görüşüb
İsveçrə Konfederasiyasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti mayın 11-də bu ölkənin Vitse-prezidenti Alan Berset ilə görüşüb.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Alan Berset ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib. O, ölkəsinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını diqqətə çatdıraraq, ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəklədiklərini qeyd edib.
Şərhlər: 0
Şərh yaz
