Azinfo » Siyasət » Xarici siyasət » Tural Gəncəliyev Avropa Parlamentində görüşlər keçirəcək

Tural Gəncəliyev Avropa Parlamentində görüşlər keçirəcək

Tarix : 14-05-2022   /   Siyasət / Xarici siyasət  
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətimizin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, deputatlar Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər mayın 19-da başa çatacaq.

Şərhlər: 0

Şərh yaz