Milli Məclis sədri Türkiyədə keçiriləcək beynəlxalq konfransa dəvət edilib
İstanbulda 20-21 iyun tarixlərində Parlamentlərarası İttifaqın üzvü olan dövlətlərin parlament sədrləri və nümayəndə heyətlərinin iştirakı ilə miqrasiya problemi ilə bağlı beynəlxalq konfrans keçiriləcək.Bunu bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Bakıda keçirilən Üçüncü Ümumi Konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
Mustafa Şentop Azərbaycan Milli Məclisinin sədri də daxil olmaqla, İƏT-ə üzv ölkələrin parlament sədrlərini İstanbulda keçiriləcək konfransa dəvət edib.
Şərhlər: 0
Şərh yaz
