Azinfo » Siyasət » Xarici siyasət » Səfir: "İsrail və Azərbaycan arasında aqro əməkdaşlığın potensialı böyükdür"

Səfir: "İsrail və Azərbaycan arasında aqro əməkdaşlığın potensialı böyükdür"

Tarix : 17-05-2022   /   Siyasət / Xarici siyasət  
"İsrail və Azərbaycan arasında aqro əməkdaşlığın potensialı böyükdür".

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter"də bildirib.

Diplomat İsrailin kənd təsərrüfatı naziri Oded Forer və Azərbaycan Prezidenti İlham Əliyev arasında bu gün keçirilən görüşün səmərli olduğunu bildirib.

"Ölkələrimiz arasında aqro əməkdaşlığın potensialı böyükdür və biz bu potensialı reallaşdırmaq niyyətindəyik. Biz xalqlarımızın ərzaq təhlükəsizliyini birlikdə təmin edə bilərik", - səfir vurğulayıb.

Şərhlər: 0

Şərh yaz