Azinfo » Siyasət » Xarici siyasət » İndoneziya portalları “Şuşa İli”ndən bəhs edən məqalələr yayıb

İndoneziya portalları “Şuşa İli”ndən bəhs edən məqalələr yayıb

Tarix : 20-05-2022   /   Siyasət / Xarici siyasət  
2022-ci ilin “Şuşa İli” kimi qeyd olunması çərçivəsində Azərbaycanın İndoneziyadakı səfirliyinin müşaviri Gültəkin Həbiblinin bu ölkənin ANTARA Milli Xəbər Agentliyi, həmçinin, “Miraj” Xəbər Agentliyi və digər saytlarında “İlin, Zəfərin mübarək, Şuşa!” sərlövhəli məqaləsi yayımlanıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sitatları ilə başlanan məqalədə 2020-ci il noyabrın 8-də Azərbaycan xalqına müraciətində Azərbaycan Prezidentinin səsləndirdiyi bu sözlərin uzun illər ərzində Şuşa həsrəti çəkən xalqımızın, dünyada yaşayan soydaşlarımızın yarasına məlhəm olduğu bildirilir. Yazıda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Şuşanı azad etdiyi qeyd edilərək, Allahdan şəhidlərimizə rəhmət dilənir, qazilərimizə şəfa arzulanır.

Şərhlər: 0

Şərh yaz