Azinfo » Siyasət » Xarici siyasət » Azərbaycan Ermənistanla sərhəd komissiyasının tərkibini müəyyənləşdirib

Azərbaycan Ermənistanla sərhəd komissiyasının tərkibini müəyyənləşdirib

Tarix : 20-05-2022   /   Siyasət / Xarici siyasət  
Azərbaycan maksimum konstruktivlik və xoş məram nümayiş etdirərək Ermənistan ilə münasibətləri normallaşdırmağa, sülh sazişi imzalamağa və sərhədlərin delimitasiyasına hazırdır.

Bu barədə bu gün Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclasında bildirib.

Şura üzvlərinin diqqətinə çatdırılıb ki, Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə öz nümayəndə heyətinin, habelə Ermənistan ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın tərkibini artıq müəyyən edib.

Bununla bərabər, Əli Əsədov qeyd edib ki, Azərbaycan Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli Bəyanatı çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməsini gözləyir.

Şərhlər: 0

Şərh yaz