Azərbaycan BMT-yə hesabat təqdim edəcək

Bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisinin müşaviri Şəms Mustafayeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, əhalinin ən həssas qruplarının hüquqlarının qorunması, onların ədalətə olan çıxışı çox önəmlidir, BMT-i üçün əsasdır: “BMT və Azərbaycan tərəfindən 2021-2025-ci illər bağlı saziş mərhələli şəkildə həyata keçirilir”.
Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə sıx əməkdaşlıq edirlər, yaxın vaxtlarda isə Agentliklə memorandum imzalanacaq.
Şəms Mustafayeva qeyd edib ki, həmçinin Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Məqsədlərinə böyük önəm verir: “İndiyə qədər Azərbaycan hökuməti hesabatlar verib. Bu yaxınlarda Azərbaycan hökuməti yeni hesabatını BMT-yə təqdim etməyə hazırlaşır. Bu da onu göstərir ki, Azərbaycan hökumətinin Dayanıqlı İnkişafa inamı çox möhkəmdir. Hökumət məsələni çox ciddi qəbul edir. Düşünürəm ki, 2030-cu ilə qədər Azərbaycan bu məsələlərdə dünyada ən qabaqcıl ölkələrdən olacaq”.
Şərhlər: 0
Şərh yaz
