Azinfo » Siyasət » Xarici siyasət » Tehranda 28 May-Müstəqillik günü qeyd edilib

Tehranda 28 May-Müstəqillik günü qeyd edilib

Tarix : 25-05-2022   /   Siyasət / Xarici siyasət  
Tehranda 28 may - Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilib.

“İstiqlal” otelində 28 May-Müstəqillik günü ilə bağlı mərasim keçirilib.

Mərasimdə İran və Azərbaycan rəsmiləri və Tehranda akkreditasiya olunmuş səfirliklərin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi mərasimin xüsusi qonaqları arasında olub. Mərasimdə çıxış edənlər iki ölkənin gələcək əlaqələrin inkişafında yüksək potensialından danışıblar.
Mərasimdə İranın xarici işlər nazirinin müavini Mehdi Səfəri də iştirak edib.

Şərhlər: 0

Şərh yaz