Azinfo » Siyasət » Xarici siyasət » Səfir: “Pakistan xalqı və dövləti Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olub”

Səfir: “Pakistan xalqı və dövləti Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olub”

Tarix : 27-05-2022   /   Siyasət / Xarici siyasət  
Pakistan və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə ağac əkilib.

Mərasimdə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee və Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib.

Səfir jurnalistlərə açıqlamasında iki ölkənin yaxın, qardaş ölkələr olduğunu vurğulayıb və deyib ki, son 30 ildə Azərbaycan və Pakistan əməkdaşlığında böyük nailiyyətlər əldə olunub.

“Azərbaycan və Pakistan müxtəlif məsələlərdə, həmçinin ərazi bütövlüyü məsələsində bir birini dəstəkləyib. Pakistan xalqı və dövləti Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olub. Biz Azərbaycana da təşəkkür edirik ki, Kəşmir məsələsində hər zaman Pakistanın yanında dayanır. Biz əlaqələrimizi yalnız siyasi, iqtisadi və müdafiə sahəsində deyil, digər sahələrdə, xüsusilə də xalqlararası münasibətlərimizin daha da dərinləşməsi üzərində işləyirik”.

Səfir Azərbaycana səfər edən pakistanlıların sayının artdığını əlavə edib.

“İki ölkə arasında birbaşa reyslər açıldıqdan sonra qarşılıqlı səfərlər artıb. Çox sayda pakistanlı Azərbaycana səfər edib. Biz bu il 50 minə qədər pakistanlının Azərbaycana səfərini gözləyirik.

Pakistan xalqı Azərbaycanın bütün səylərində yanıdadır. İstər münaqişə dövründə, istərsə də torpaqlar azad olunduqdan sonra oradakı yenidənqurma işlərində Azərbaycanın yanındayıq", - Pakistan səfiri deyib.

Şərhlər: 0

Şərh yaz