Üçtərəfli İşçi Qrupun növbəti iclası sabah Moskvada keçiriləcək
Sabah Moskvada regional kommunikasiyaların açılması üçün yaradılmış Üçtərəfli İşçi Qrupun növbəti iclası keçiriləcək.Bu barədə Ermənistan Baş nazirinin müavini, Ermənistanı İşçi qrupda təmsil edən Mher Qriqoryanın ofisi açıqlama verib.
Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin sədrlik etdiyi İşçi Qrup sonuncu dəfə 2021-ci ilin dekabrında Moskvada toplaşmışdı.
Azərbaycanı İşçi Qrupda Baş nazirin müavini Şahin Mustafayev, Rusiyanı isə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk təmsil edir.
Şərhlər: 0
Şərh yaz
