Azinfo » Siyasət » Xarici siyasət » Çavuşoğlu: “Azərbaycan qaz məsələsində üzərinə böyük məsuliyyət götürüb”

Çavuşoğlu: “Azərbaycan qaz məsələsində üzərinə böyük məsuliyyət götürüb”

Tarix : 06-06-2022   /   Siyasət / Xarici siyasət  
Mərkəzi Asiya və Cənubi Qafqazın rifahına dəstək vermək Türkiyənin xarici siyasətinin təməl prinsipidir.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir xatırladıb ki, iyunun 27-də Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Nazir onu da diqqətə çatdırıb ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa ölkələrinin təbii qaz məsələsində daha az əziyyət çəkməsi üçün Türkiyə səylər göstərməyə çalışır.

Onun sözlərinə görə, bu məsələdə Azərbaycan da üzərinə böyük bir məsuliyyət götürüb.

Şərhlər: 0

Şərh yaz