Səfir: "Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının tərkibi formalaşdırılıb"
"Hökumətlərarası komissiyanın ötən ilki 17-ci iclasının protokolunun icrası istiqamətində Qazaxıstan tərəfi artıq Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının tərkibini formalaşdırıb".Bunu Qazaxıstanın əmtəə istehsalçılarının Azərbaycanda iqtisadi-ticarət missiyası və birgə biznes forumunda çıxış edərkən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.
Onun sözlərinə görə, Şura iki ölkə arasında müntəzəm dialoq, ikitərəfli investisiya və ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün platforma rolunu oynayacaq.
“Həmçinin yeni formalaşan struktur ticarət maneələrinin aradan qaldırılması və biznes səviyyəsində problemli məsələlərin həlli üçün hökumətlərarası komissiya və dövlət qurumları üçün tövsiyələr hazırlayacaq”, - deyə səfir qeyd edib.
Şərhlər: 0
Şərh yaz
