Azinfo » Siyasət » Xarici siyasət » Ərdoğan: “Türkiyə Azərbaycan Ordusunun modernləşdirilməsinə dəstək verir”

Ərdoğan: “Türkiyə Azərbaycan Ordusunun modernləşdirilməsinə dəstək verir”

Tarix : 09-06-2022   /   Siyasət / Xarici siyasət  
Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində 30 illik işğala son qoydu.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq təlimlər çərçivəsində çıxışı zamanı deyib.

“Türkiyə olaraq bu prosesdə “iki dövlət, tək millət” anlayışı ilə Azərbaycana hər cür dəstəyi verdik”, - Türkiyə lideri vurğulayıb.

Türkiyə Prezidenti atəşkəsin davamlı olması üçün Türkiyə və Rusiya hərbçilərinin Birgə Monitorinq Mərkəzində birlikdə xidmət etdiklərini xatırladıb.
Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan Ordusunun modernləşdirilməsi, təlim-təhsil, minatəmizləmə sahəsində də Azərbaycanla yaxından əməkdaşlıq edir.

Şərhlər: 0

Şərh yaz