Xarici diplomatlar Şuşaya səfər edib
İyunun 12-si 11 ölkə və 4 qitədən olan xarici diplomatlar Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərinə səfər ediblər.ADA Universitetindən verilən xəbərə görə, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) vasitəsilə Xarici İşlər Nazirliyi və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən birgə təşkil olunan “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı - 2022” adlı beynəlxalq kursun iştirakçısı olan 14 xarici diplomat üçün Şuşa şəhərinə xüsusi səfər proqramı təşkil edilib.
Şərhlər: 0
Şərh yaz
