Sabiq vitse-prezident: “Azərbaycanın bərpa olunan enerji ilə bağlı böyük potensialı var”
“Azərbaycanın bərpa olunan enerji ilə bağlı böyük potensialı var”.Bunu bu gün IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında “Exxon-Mobile” şirkətinin sabiq vitse-prezidenti Jean Baderşnayder bildirib. Onun sözlərinə görə, Azərbaycan çox unikal regionda yerləşir:
“Ölkənin günəş, külək enerjisi üçün imkanları böyükdür. Azərbaycan hidro haba çevrilə bilər”.
O qeyd edib ki, ölkənin enerji resursları onun siyasi, iqtisadi asılılığını aradan qaldırır.
Şərhlər: 0
Şərh yaz
