Azinfo » Siyasət » Xarici siyasət » Rusiya səfiri: “Moskva Bəyannaməsi əhəmiyyətli sazişdir”

Rusiya səfiri: “Moskva Bəyannaməsi əhəmiyyətli sazişdir”

Tarix : 30-03-2022   /   Xarici siyasət / MDB xəbərləri  

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əhəmiyyətli sazişdir.

Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.

Səfir Moskva Bəyannaməsinin ölkələr arasında əlaqələr üçün önəmli olduğunu diqqətə çatdırıb.

Diplomat deyib ki, Rusiya Azərbaycanla əlaqələrin inkişafında çox maraqlıdır.

Boçarnikov vurğulayıb ki, Moskva Bəyannaməsi Azərbaycanın suverenliyi, təhlükəsizliyi üçün vacib bir anlaşmadır və bu bəyannamə beynəlxalq hüququn önəmli parçasıdır.

Şərhlər: 0

Şərh yaz