Azinfo » Siyasət » Xarici siyasət » Rusiya səfiri Ukrayna ilə danışıqlarda irəliləyişə nail olunduğunu bildirib

Rusiya səfiri Ukrayna ilə danışıqlarda irəliləyişə nail olunduğunu bildirib

Tarix : 30-03-2022   /   Siyasət / Xarici siyasət  

2014-cü ildə Ukraynada dövlət çevrilişi bu hadisələrin başlamasına təkan olub.

Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.


Səfir ölkəsinin Ukraynada xüsusi hərbi əməliyyatlara Donbasda xalqın təhlükəsizliyini təmin etmək, nasizmin qarşısını almaq, rus dilini qorumaq və Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaq üçün başladığını vurğulayıb.

O, Ukrayna ilə aparılan danışıqlara da toxunub.

“Düşünürəm ki, bu, danışıqlar yolu ilə həll oluna bilər”, - o deyib.

Səfir əlavə edib ki, danışıqlarda müəyyən irəliləyişə nail olunub.

Şərhlər: 0

Şərh yaz