Səfir Qarabağdakı sülhməramlıların Ukraynaya göndərilməsi məsələsinə münasibət bildirib

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Qarabağdakı sülhməramlı kontingentin Ukraynaya göndərilməsi məsələsinə münasibət bildirib.
Azinfo.az APA-ya istinadən bildirir ki,Səfir keçirdiyi mətbuat konfransında APA-nın sualına cavab olaraq bildirib ki, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
“Sülhməramlılar Qarabağdadır və Ukraynaya göndərilməyib”, - diplomat vurğulayıb.
Şərhlər: 0
Şərh yaz
