ABŞ səfiri: “Azərbaycanla əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir”
“Azərbaycan və ABŞ arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunam və əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir”.Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer jurnalistlərə açıqlamasında deyib.
Diplomat bildirib ki, son 30 ildə ikitərəfli əlaqələrdə böyük irəliləyiş olub: "Yüksək səviyyələrdə təmasların fəal olması da münasibətlərimizin səviyyəsinin göstəricisidir. Əminəm ki, biz birlikdə Azərbaycanın və regionun üzləşdiyi problemlərin öhdəsindən gələ biləcəyik."
Şərhlər: 0
Şərh yaz
