Ceyhun Bayramov İrana səfərə gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə İran İslam Respublikasına yola düşüb.
Bu barədə XİN Mətbuat xidməti Tvitterdə məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İran rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
C Bayramov İran rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafı, eləcə də regionda və dünyada baş verən proseslər barədə müzakirələr aparacaq.
Şərhlər: 0
Şərh yaz
