Azinfo » Siyasət » Xarici siyasət » Türkiyə səfiri Polad Həşimovla bağlı paylaşım edib

Türkiyə səfiri Polad Həşimovla bağlı paylaşım edib

Tarix : 14-07-2022   /   Siyasət / Xarici siyasət  
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovla bağlı paylaşım edib.

Səfir bu barədə “Twitter“də bildirib.

“Qarabağ Zəfərinin fitilini alovlandıran qəhrəman komandir Polad Həşimovun şəhid olmasının ildönümündə xatirəsini rəhmətlə anırıq. Səmayə anaya, qardaşı, bacısı, həyat yoldaşı, övladları, silah yoldaşları, qəhrəman Azərbaycan Ordusuna və xalqına başsağlığı veririk, cansağlığı arzulayırıq”, - diplomat qeyd edib.

Şərhlər: 0

Şərh yaz