Azinfo » Siyasət » Xarici siyasət » Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Tarix : 15-07-2022   /   Siyasət / Xarici siyasət  
Baş nazir Əli Əsədov iyulun 15-də Gürcüstanın Baş prokuroru İrakli Şotadze ilə görüşüb.

Nazirlər Kabinetindən  verilən xəbərə görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.

İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Həmçinin Azərbaycan-Gürcüstan əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

Şərhlər: 0

Şərh yaz