Azinfo » Siyasət » Xarici siyasət » Ceyhun Bayramov Latviya XİN rəhbəri ilə regional vəziyyəti müzakirə edib

Ceyhun Bayramov Latviya XİN rəhbəri ilə regional vəziyyəti müzakirə edib

Tarix : 20-07-2022   /   Siyasət / Xarici siyasət  
20 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs arasında telefon danışığı baş tutub.

XİN-dən  verilən xəbərə görə, nazirlər, Azərbaycan və Latviya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Tərəflər, eyni zamanda Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının aktual məsələlərini üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı nazirlər, həmçinin cari regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Şərhlər: 0

Şərh yaz