Azinfo » Siyasət » Xarici siyasət » Sahibə Qafarova Gürcüstan Parlamentinin sədrinə başsağlığı verib

Sahibə Qafarova Gürcüstan Parlamentinin sədrinə başsağlığı verib

Tarix : 31-07-2022   /   Siyasət / Xarici siyasət  
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, məktubda deyilir: “Bu ağır faciə ilə əlaqədar şəxsən öz adımdan və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı verirəm”.

Şərhlər: 0

Şərh yaz