Azinfo » Siyasət » Xarici siyasət » Ceyhun Bayramov və ATƏT sədri Ukraynada atəşkəsi müzakirə edib

Ceyhun Bayramov və ATƏT sədri Ukraynada atəşkəsi müzakirə edib

Tarix : 31-03-2022   /   Siyasət / Xarici siyasət  
 Bu gün keçirilən görüşdə ikitərəfli və çoxtərəfli münasibətlər, ATƏT çərçivəsində münasibətlər müzakirə olunub.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT sədri, Polşanın xarici işlər naziri Rau Zbignievlə mətbuat konfransında deyib.

XİN başçısı deyib ki, Azərbaycan Polşa ilə münasibətlərin inkişafına diqqət yetirir, əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir: “Bu il diplomatik münasibətlərin 30 ili tamam olur. İllər ərzində yüksək səviyyəli səfərlər həyata keçirilib.

Bu ilin fevralında Varşavada strateji dialoqun ilk iclası baş tutdu.

Eyni zamanda, 2022-ci ilin ikinci yarısında hökumətlərarası komissiyanın iclasının keçiriləcək”.
Nazir qeyd edib ki, Polşanın ATƏT-ə sədrliyi mürəkkəb zamana təsadüf edir: “Biz Ukrayna və Ukrayna ətrafında baş verən hadisələri, atəşkəsin əldə olunması və münaqişənin siyasi-diplomatik yollarla həllinə necə nail olmaq olar, bunları müzakirə etdik. Eyni zamanda, biz humanitar böhrana məruz qalan insanlar necə yardım edə biləcəyimizə dair fikir mübadiləsi apardıq”.

Şərhlər: 0

Şərh yaz