Azinfo » Siyasət » Xarici siyasət » Ceyhun Bayramov: "Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi məlum deyil"

Ceyhun Bayramov: "Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi məlum deyil"

Tarix : 30-08-2022   /   Siyasət / Xarici siyasət  
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov I Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı Ermənistana beynəxalq təzyiq göstərilməsi üçün çağırış edib.

Bu barədə Azərbaycan XİN başçısı "Twitter"də bildirib.

"Bu gün Beynəlxalq İtkinlər Günüdür. Təxminən 30 ildir ki, Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi məlum deyil. Biz beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirmək üçün Ermənistana beynəlxalq təzyiq göstərilməsinə çağırırıq", xarici işlər naziri deyib.

Şərhlər: 0

Şərh yaz