Azinfo » Siyasət » Xarici siyasət » Aİ Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini alqışlayıb

Aİ Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini alqışlayıb

Tarix : 09-09-2022   /   Siyasət / Xarici siyasət  
Avropa İttifaqı (Aİ) Azərbaycan tərəfinin 5 erməni hərbçisinin Ermənistana təhvil verilməsini alqışlayır.

Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“də bildirib.

“Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçisinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq.

Bu, əhəmiyyətli humanitar jestdir və eyni zamanda təhvil-təslim prosesi olmadan bunun baş tutması isə diqqətəlayiqdir”,-deyə Klaar vurğulayıb.

Şərhlər: 0

Şərh yaz