NATO Azərbaycanın 5 erməni hərbçisini təhvil verməsini təqdir edib
NATO Azərbaycan və Ermənistan arasında normallaşmanı dəstəkləyir.Bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.
Kolomina Azərbaycan tərəfindən 5 erməni hərbçisinin heç bir vasitəçi olmadan qarşı tərəfə təhvil verilməsini yaxşı xəbər adlandırıb.
“NATO Cənubi Qafqazın sabitliyi və rifahının açarı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, - Stoltenberqin xüsusi nümayəndəsi qeyd edib.
Şərhlər: 0
Şərh yaz
