Azinfo » Siyasət » Xarici siyasət » Britaniyanın minatəmizləmə təşkilatı Azərbaycanla əməkdaşlıqdan danışıb

Britaniyanın minatəmizləmə təşkilatı Azərbaycanla əməkdaşlıqdan danışıb

Tarix : 01-04-2022   /   Siyasət / Xarici siyasət  

Azərbaycandakı minatəmizləmə işləri ilə bağlı son vəziyyəti öyrənmək, necə dəstək verəcəyimizi öyrənmək üçün bu konfrans vacibdir

Bu barədə Böyük Britaniyanın minatəmizləmə sahəsində çalışan “MAG” təşkilatının regional direktoru Adam Komarovski humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, Ağdamda görülən quruculuq işlərindən təsirləndiyini əlavə edib.

“Ağdamda ötən ilin aprelində səfərdə olmuşam və bu günlərdə yenidən bura səfər etdim. Son inkişaf və quruculuq məni təsirləndirdi, böyük işlər görülür”.

Komarovski MAG təşkilatının ANAMA-nın 20 əməkdaşına təlim keçdiyini, Horadizdə təşkilatın 2 ekspertinin çalışdığını və yerli əməkdaşlara təcrübə və bacarıqları ilə yardım etdiyini söyləyib.

Şərhlər: 0

Şərh yaz