Azinfo » Siyasət » Xarici siyasət » İran parlamentində Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə olunacaq

İran parlamentində Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə olunacaq

Tarix : 19-09-2022   /   Siyasət / Xarici siyasət  
İran parlamenti növbədənkənar iclasda Azərbaycan-Ermənistan məsələsini müzakirə edəcək.

Bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Vəhid Cəlalzadə deyib.

O bildirib ki, çərşənbə günü Azərbaycan və Ermənistan məsələlərinə dair önəmli və fövqəladə iclas keçiriləcək.

Vəhid Cəlalzadə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrdən ciddi narahat olduqlarını deyib: "Biz ölkənin yüksək vəzifəli məmurları ilə bu məsələni müzakirə etdik. Ölkənin Ali Milli Təhlükəsizlik Şurasından, eləcə də Xarici İşlər Nazirliyindən bu məsələlərə ciddi yanaşmağı xahiş edirik".

Şərhlər: 0

Şərh yaz