Azinfo » Siyasət » Xarici siyasət » Azərbaycan və Macarıstan XİN başçıları görüşüb

Azərbaycan və Macarıstan XİN başçıları görüşüb

Tarix : 23-09-2022   /   Siyasət / Xarici siyasət  
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət məsələləri üzrə naziri Peter Siyarto ilə görüşüb.

Bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında məlumat verilib.

Görüş zamanı tərəflər Azərbaycanla Macarıstan arasında dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlığın gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Şərhlər: 0

Şərh yaz