Azinfo » Siyasət » Xarici siyasət » Beyin Mərkəzlərinin I Forumunun iştirakçıları Füzulidə olub

Beyin Mərkəzlərinin I Forumunun iştirakçıları Füzulidə olub

Tarix : 29-09-2022   /   Siyasət / Xarici siyasət  
Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun xarici iştirakçıları Füzuli rayonunun Merdinli kəndində olublar.

Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov qonaqları Merdinli kənd məscidi ilə tanış edib.

Qonaqların diqqətinə kənd məscidinin işğal dövründə ermənilər tərəfindən tövlə kimi istifadə edildiyi çatdırılıb.
Daha sonra dağıdılmış kənd qəbiristanlığı göstərilib.
Qonaqlar minatəmizləmə əməliyyatlarını da izləyiblər.

Şərhlər: 0

Şərh yaz