Azinfo » Siyasət » Xarici siyasət » Azərbaycan XİN: Ceyhun Bayramov və Mirzoyan sülh müqaviləsini müzakirə edəcək

Azərbaycan XİN: Ceyhun Bayramov və Mirzoyan sülh müqaviləsini müzakirə edəcək

Tarix : 30-09-2022   /   Siyasət / Xarici siyasət  
Oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə ikitərəfli görüşü keçiriləcək.
Bu barədə XİN-dən  sorğusuna cavab olaraq bildirilib.

“Məlum olduğu kimi, iki dövlətin liderlərinin bu ilin 31 avqust tarixli Brüssel görüşü razılaşmasına uyğun olaraq, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünə dair təkliflər verilmişdi. Bununla əlaqədar olaraq bildirmək istərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabr 2022-ci il tarixində Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur”, - məlumatda deyilir.

Şərhlər: 0

Şərh yaz