Azinfo » Siyasət » Xarici siyasət » Niderland XİN: Azərbaycanla əlaqələr daha da sıxlaşıb

Niderland XİN: Azərbaycanla əlaqələr daha da sıxlaşıb

Tarix : 01-04-2022   /   Siyasət / Xarici siyasət  

Niderland Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Niderland arasında diplomatik münasibətlərin 30-cu ildönümü ilə bağlı paylaşım edib.

Niderland XİN-in rəsmi “Twitter hesabındakı paylaşımda deyilir:

“Bu gün biz Azərbaycanla diplomatik əlaqələrin 30 illiyini qeyd edirik. 2009-cu ildə Bakıda səfirliyimizin açılışından sonra ölkələrimiz arasında əlaqələr daha da sıxlaşıb. Qarşıdakı illərdə də əlaqələrimizi davam etdirməyi səbirsizliklə gözləyirik. Bütün Azərbaycan xalqını təbrik edirik!”

Şərhlər: 0

Şərh yaz