Azinfo » Siyasət » Xarici siyasət » BMT: Azərbaycan hökuməti azad edilmiş ərazilərdə intensiv işlər görür

BMT: Azərbaycan hökuməti azad edilmiş ərazilərdə intensiv işlər görür

Tarix : 05-10-2022   /   Siyasət / Xarici siyasət  
Azərbaycan hökuməti bu ərazilərə yaşayışı gətirməyə çalışır, bu istiqamətdə intensiv işlər görülür.

Bunu Ağdamda keçirilən Milli Şəhərsalma Forumunda iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi jurnalistlərə açıqlamasında deyib.

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru deyib ki, iqlim dəyişikliyi, COVID-19 və digər fəlakətlər transformativ dəyişikliklər üçün problemlər yaradır.

“Milli Şəhərsalma Forumu Azərbaycanın bu ərazilərdə gördüyü işləri öyrənmək, ölkənin texniki təcrübəsini öyrənmək baxımından vacibdir”, - o qeyd edib.

Şərhlər: 0

Şərh yaz