Azinfo » Siyasət » Xarici siyasət » ABŞ-ın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

ABŞ-ın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Tarix : 12-10-2022   /   Siyasət / Xarici siyasət  
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb.

Bu, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilinin atəşə tutulması ilə bağlı məlumatında qeyd edilib.

"Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb", - qeyd olunub.

Şərhlər: 0

Şərh yaz