Azinfo » Siyasət » Xarici siyasət » Ərdoğan: Türkiyə-Azərbaycan-Qazaxıstan formatından nəticə əldə etmək istəyirik

Ərdoğan: Türkiyə-Azərbaycan-Qazaxıstan formatından nəticə əldə etmək istəyirik

Tarix : 12-10-2022   /   Siyasət / Xarici siyasət  
Nəqliyyat və enerji sahələrində, xüsusən də Orta Dəhlizin inkişafı sahələrində əlaqələrimizi gücləndirmək üçün çalışmağa davam edəcəyik.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə birgə mətbuat konfransı zamanı deyib.

“Azərbaycanı da daxil etməklə, yaxın keçmişdə təsis etdiyimiz üçtərəfli mexanizmi səmərəli istifadə edərək nəticə əldə etmək istəyirik”, - Ərdoğan qeyd edib.

Şərhlər: 0

Şərh yaz