Azinfo » Siyasət » Xarici siyasət » Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Tarix : 17-10-2022   /   Siyasət / Xarici siyasət  
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) xarici işlər nazirlərinin şurasının toplantısında iştirak edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Toplantıda TDT-nin gündəmində olan məsələlərlə yanaşı, 11 noyabrda Səmərqənddə keçirilməsi nəzərdə tutulan Zirvə görüşü ilə bağlı hazırlıqlar müzakirə ediləcək.

Toplantıda TDT üzvləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi ölkələr – Macarıstan və Türkmənistanın xarici işlər nazirləri iştirak edəcəklər.

Şərhlər: 0

Şərh yaz