Azinfo » Siyasət » Xarici siyasət » İran XİN rəhbəri Ceyhun Bayramovu "3+3" platformasının Tehranda keçiriləcək iclasına dəvət edib

İran XİN rəhbəri Ceyhun Bayramovu "3+3" platformasının Tehranda keçiriləcək iclasına dəvət edib

Tarix : 16-11-2022   /   Siyasət / Xarici siyasət  
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn ƏmirAbdullahian ötən gün baş tutan telefon danışığı zamanı "3+3" regional platformasına dair fikir mübadiləsi aparıblar.

İran XİN rəhbəri azərbaycanlı həmkarını "3+3" platformasının Tehranda keçiriləcək iclasına dəvət edib.

Xatırladaq ki, "3+3" platformasının ilk iclası ötən il dekabr ayında Moskvada keçirilib.

Şərhlər: 0

Şərh yaz