Azinfo » Siyasət » Xarici siyasət » Deputatlar Qazaxıstanda prezident seçkilərini müşahidə edəcəklər

Deputatlar Qazaxıstanda prezident seçkilərini müşahidə edəcəklər

Tarix : 16-11-2022   /   Siyasət / Xarici siyasət  
Milli Məclisin bir qrup deputatı Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün noyabrın 17-də Astana şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, deputatlar Jalə Əliyeva, Naqif Həmzəyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) xətti ilə, millət vəkili Vüqar İskəndərov Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən seçkiləri izləyəcəklər.

Beynəlxalq müşahidəçilər qismində seçkilərdə iştirak edəcək deputatlarımız hazırlıq mərhələsi ilə tanış olacaq və seçki məntəqələrində prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər noyabrın 23-də başa çatacaq.

Şərhlər: 0

Şərh yaz