Azinfo » Siyasət » Xarici siyasət » Çavuşoğlu: Orta Dəhlizin əhəmiyyəti hər gün daha da artmaqdadır

Çavuşoğlu: Orta Dəhlizin əhəmiyyəti hər gün daha da artmaqdadır

Tarix : 25-11-2022   /   Siyasət / Xarici siyasət  
Şərq-Qərb istiqamətində Orta Dəhlizin əhəmiyyəti hər gün daha da artmaqdadır.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə bildirib.

O qeyd edib ki, 2022-ci ildə bu dəhlizlə daşınan malların həcminin keçən ilə nisbətdə 6 dəfə daha çox, yəni 3,2 milyon ton, olması gözlənilir.
Nazirin sözlərinə görə, beynəlxalq aktorlar da Orta Dəhlizə daha çox maraq göstərir.
“Bakı-Tbilisi-Kars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələr strateji xarakter daşıyır. Azərbaycanın işğal altındakı torpaqları azad etməsi yeni imkanlar yaratdı. Qarabağı dünyaya açan Füzuli və Zəngilan hava limanlarını açdıq”, o deyib.

Şərhlər: 0

Şərh yaz