Ceyhun Məmmədov: İranın Azərbaycandakı şəbəkəsinin zərərsizləşdirilməsi istiqamətində ciddi addımlar atılmalıdır
“İranın xəbər agentlikləri, televiziya kanalları, xüsusilə “Səhər” kanalı Azərbaycana və Azərbaycan Prezidentinin ünvanına hədyanlar yağdırmağa davam edir. Eləcə də Azərbaycanın bir sıra bölgələrində İran radioları Azərbaycanın efir məkanına müdaxilələr edirlər. Burada söhbət təkcə sərhəd bölgələrindən getmir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, son vaxtlar İranın sosial şəbəkələrdə Azərbaycanda yaşayan müxtəlif xalqların adından istifadə edərək Azərbaycanda gərginlik yaratmaq cəhdləri açıq müşahidə olunur: “Bu məqsədlə həmin xalqların adından müxtəlif səhifələr yaradılaraq təxribat xarakterli videolar paylaşılır. Bu baxımdan “Səhər” kanalının peyk vasitəsilə yayımının, eləcə də İran radiolarının ölkəmizin efir məkanına müdaxiləsinin qarşısının alınması imkanları ciddi nəzərdən keçirilməlidir. Uzun illərdir bu barədə müzakirələr getsə də, hələ də konkret nəticə yoxdur. Bununla yanaşı hesab edirəm ki, İranın Azərbaycanda uzun illər ərzində formalaşdırdığı şəbəkənin və həmin şəbəkənin bütün üzvlərinin zərərsizləşdirilməsi istiqamətində də ciddi addımlar atılmalıdır.
Eyni zamanda İranda yaşayan soydaşlarımıza ünvanlanmış verilişlərin hazırlanması və ya televiziya, radio kanalının açılması məsələsi xüsusi diqqətdə saxlanılmalıdır”.
Deputat təklif edib ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşası məqsədilə müxtəlif dillərdə, o cümlədən ərəb və fars dillərində verilişlərin yayımlanması istiqamətində də ciddi düşünülsün: “Bu gün dünyanın əksər ölkələri bunu edirlər”.

Şərhlər: 0
Şərh yaz